Cavid Qurbanov: Transxəzər dəhlizi üzrə vahid tariflər yaxın zamanlarda müəyyən ediləcək

0
314255

Transxəzər beynəlxalq nəqliyyat dəhlizi üzrə yük daşımaları üçün vahid tariflər yaxın zamanlarda müəyyən ediləcək.

VOİCEPRESSin məlumatına görə, bunu jurnalistlərə “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov deyib.

Onun sözlərinə görə, tariflər Ukraynanın bu dəhlizə qoşulmasını nəzərə almaqla müəyyənləşdiriləcək.

C.Qurbanov bildirib: “Bugünkü protokolun imzalanması ilə Ukrayna da rəsmi olaraq bu marşrutun üzvü olacaq. Və əgər bunadək marşrutun son məntəqəsi Batumi idisə, bundan sonra marşrut Ukrayna ərazisindən də keçəcək. Beləliklə də, tariflər bu amil nəzərə alinmaqla müəyyən ediləcək”.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here