“Bununla bağlı qərar verilməməsi biabırçılıqdır” – Merkel

0
305186

Suriyanın İdlib şəhərinə təşkil edilən kimyəvi hücumla bağlı Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasında qərar qəbul edilməməsi biabırçılıqdır.

VOİCEPRESS bildirir ki,bu açıqlama ilə Almaniya kansleri Angela Merkel çıxış edib.

Merkel həmin hücumun araşdırılması üçün bütün imkanlardan istifadə edilməsinin labüd olduğunu qeyd edib.

“Bu, işıqlandırılması lazım olan vəhşicəsinə edilən təcavüzdür”, – Merkel söyləyib.

Xatırladaq ki, Suriyanın İdlib şəhərində kimyəvi silahlardan istifadə zamanı əksəriyyəti uşaq və qadınlar olmaqla, 100-dən çox dinc sakin həlak olmuşdu.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here