VOİCEPRESS xəbər verir ki, “Azəravtoyol” ASC tərəfindən Bakı şəhərində avtonəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədi ilə, piyada keçidlərinin, yolcizgi və yolgöstərici xətlərin yenidən rənglənməsi işləri çərçivəsində bu axşam 22:00-dan etibarən Yasamal rayonu Hüseyn Cavid prospekti, Hüseyn Cavid parkının ətrafı və Tbilisi prospektində rəngləmə işləri aparılacaq.
Rənglənmə işləri səhər saatlarınadək yekunlaşdırılacaq.
VOİCEPRESS.AZ