“Bu il Cənub Qaz Dəhlizinin maliyyələşdirilməsi ilə bağlı problem olmayacaq”

0
313712

“Cənub Qaz Dəhlizinin maliyyələşdirilməsi ilə bağlı bu il heç bir problem olmayacaq”.

VOİCEPRESS xəbər verir ki, bunu Azərbaycan Dövlət Neft Fondunun rəhbəri Şahmar Mövsümov deyib.

Onun sözlərinə görə, bu ilin birinci rübündə fond tərəfindən Cənub Qaz Dəhlizi üçün vəsait ayrılmayıb: “Amma illik büdcədə bu maddə var və vəsaitlər nəzərdə tutulub. Əminliklə deyə bilərəm ki, bu layihənin maliyyələşdirilməsi üçün vəsaitlər QSC-nin sərəncamındadır, ona görə bu il maliyyələşdirmə ilə əlaqədar problem olmamalıdır. Bundan başqa, Cənub Qaz Dəhlizinin növbəti iki il üçün maliyyələşdirilməsi ilə bağlı danışıqlar aparılır”.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here