BMT Dağlıq Qarabağ üzrə danışıqları bərpa etməyə çağırıb

0
314449

BMT Dağlıq Qarabağ üzrə danışıqları bərpa etməyə çağırıb.

VOİCEPRESS-in “TASS”a istinadən verdiyi məlumata görə, bu barədə BMT-nin baş katibinin rəsmi nümayəndəsinin müavini Fərhan Haq deyib.

Onun sözlərinə görə, BMT ATƏT-in Minsk qrupunun həmsədrlərinin (Rusiya, ABŞ, Fransa) Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə etdikləri son bəyanatları nəzərə alır və tərəfləri atəşkəsi poza biləcək hər hansı hərəkətlərdən çəkinməyə çağırışını tam dəstəkləyir.

“Biz gərginliyin azaldılması üçün bütün səyləri alqışlayırıq və Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasına aparan məzmunlu danışıqları bərpa etmək üçün tərəfləri lazımi siyasi iradə göstərməyə çağırırıq”, – Fərhan Haq deyib.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here