Bir aya saçları uzadan MASKA

0
314291

Qadınlar saçlarını uzatmaq və gücləndirmək üçün müxtəlif vasitələrə müraciət edirlər. Və təəssüf ki, çox vaxt təsirli nəticə ala bilmirlər. Əgər heç bir nəticə əldə etməmisinizsə, ümidinizi üzməyin. VOİCEPRESS-in lent.az-a istinadən təqdim etdiyi bu üsulu sınaqdan keçirin.

Ərzaqlar:

• 1 yumurta
• Bal – 1 xörək qaşığı
• Hindqozu yağı – 2 xörək qaşığı

Saçınız çox uzundursa, resepti 2-3 dəfə artıra bilərsiniz.

Hazırlanması:

Bütün ərzaqları bir qabın içərisində qarışdırın. Bu qarışımı ilk olaraq saç köklərinə yeridin, daha sonra uclara çəkin. Sonra saçlarınızı bir parçayla bağlayın və 2-4 saat gözləyin. Vaxt tamam olandan sonra saçınızı həmişəki kimi yuyun.

Bu maskanı həftədə 2 dəfə istifadə edə bilərsiniz. Daim istifadə etsəniz, təxminən bir aydan sonra inanılmaz nəticə alacaqsınız.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here