Bioloji stomotologiya : “Dişlərimizin bədən üzvlərimizlə əlaqəsi…”

0
313669

Bioloji təbabətdə akademik təbabətdən fərqli olaraq stomatoloji yanaşma müəyyən xüsusiyyətlərə malikdir. Bioloji stomatologiyaya görə dişlər sadəcə qidanı doğrayan “alət” deyildir. Dişlər bədənimizin inteqral hissəsidir. Bioloji təbabətə görə dişlərin və daxili orqanların yerləşmə meridiaına görə patoloji dəyişikliklər əlaqəli olur və müalicədə fərqli yanaşma tələb edir.
VOİCEPRESS bioloji təbabət saytına istinadən xəbər verir ki, bioloji stomatologiya dişlərlə daxili orqanlar arasıda olan əlaqəni öyrənir. Bir diş qeyri- sağlamdırsa, amalqamlıdırsa, yaxud çənədə iltihab yaxud implant diş varsa , bunlar orqanizmdə olan digər orqan və funksiyaların pozulmasına gətirib çıxarır. Bir çox xroniki xəstəliklər (nevralgiya, xroniki sinusit, başağrıları , oynaq xəstəlikləri) dental probemlərlə bağlı olur.
Hər bir diş insan orqanizminin bir hissəsi kimi meridianlarla və limfatik sistemlə əlaqəli olur. İnfeksiyalaşmış diş yaxud iltihablaşmış çənə intoksikasiya mənbəyi olaraq funksional sistemin müvafiq hissəsində pozulmaya gətirib çıxarır. Ağır metallar toksik yüklənməyə səbəb olur. Bizim təcrübədə əsas problemlər bunlardır:

1. Amalqama və civə , palladium , titan və s. kimi toksiki metallar

2. Depulpasiya edilmiş ölü dişlər ,

3. Çənənin iltihabı , abses və s.

4. İmplant materialına dözülməzlik halları

5. Yerdəyişmiş dişlər

Depulpasiya edilmiş dişlər ölü toxumaya çevrilir və orqanizm üçün “meyit zəhəri “ mənbəyi olur. Bütün bunlar orqanizmin toksiki maddələrlə yükləməsinə gətirib çıxarır. Buna görə də sonradan meydana çıxa biləcək daxili orqan xəstəliklərinin profilaktikası üçün bioloji stomatoloji yanaşma mühüm əhəmiyyət kəsb edir.



VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here