“Ankara və Brüssel arasında münasibətlər son zamanlar ən pis həddə çatıb”. VOİCEPRESS xəbər verir ki, bu barədə Türkiyənin baş naziri Binəli Yıldırım bildirib.
“Aİ ilə münasibətlərimizson zamanlar ən aşağı nöqtəyə düşüb. AŞPA-nın qərarı tamamilə siyasi qərardır və reallığı əks etdirmir”, – deyə YIldırım qeyd edib.
Qeyd edək ki, AŞPA ötən gün Türkiyənin monitorinq altına alınmasına dair qərar verib.
Türkiyə XİN-i AŞPA-nın qərarını qətiyyətlə pisləyərək təşkilatla münasibətləri yenidən nəzərdən keçirəcəyini istisna etməyib.
VOİCEPRESS.AZ