Beyninə qan sızan meyxanaçıdan XƏBƏR VAR

0
314581

Bir neçə gün öncə beyninə qan sızaraq Mərkəzi Kliniki Xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilən tanınmış meyxanaçı Kərimin səhhətindən xəbər var.

VOİCEPRESS xəbər verir ki, meyxanaçının bacısı oğlu Rüstəm dayısının vəziyyətinin dünən gecədən yaxşılaşmağa başladığını söyləyib:

“Həkimlə danışdıq, söylədi ki, belə davam etsə, bu gün və ya sabah palataya köçürüləcək. Biz elə bilirdik ki, əməliyyat olunacaq. Amma həkim dedi ki, əməliyyatlıq bir şey yoxdur. Dünən gecə Kərim bəy bizimlə danışdı. Yəni o vəziyyətə düşəndən sonra ilk dəfə idi ki, danışa bilirdi. Həkimlərin dediyinə görə, vəziyyəti get-gedə yaxşılaşacaq. Ümid Allahadır”.

Qeyd edək ki, meyxanaçının martın 30-da beyninə qan sızıb.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here