Bəşəriyyətin inkişaf səbəbi tapıldı – sensasiyalı kəşf – VİDEO

0
313661

Şotlandiyanın Edinburq Universitetinin alimləri Türkiyədəki Şanlıurfa şəhərindən 8 km aralıda yerləşən Göbəkli Təpə məbəd kompleksində aparılmış tədqiqatın sensasiyalı nəticələrini açıqlayıblar.

VOİCEPRESS ABC-yə istinadən bildirir ki, alimlərin fikrincə, dünyanın ən qədim məbədi sayılan bu məkandakı sal daşlardan birində 13 min il əvvəl Yerin asteroidlə toqquşmasından bəhs olunub.

Hesabatda bildirilir ki, Yerdə kiçik buz dövrü başlananda planetimizlə toqquşmuş kometalar qrupu bu daşda əks olunub.

Həmin toqquşma mamontların qırılmasına səbəb olmaqla bahəm, bəşəriyyətin inkişafına təkan verib.

Yerə asteroidlər düşməsi ilə bağlı versiyalar indiyədək yetərincə sübutlar olmadığından ekspertlər tərəfindən rədd edilirdi.

Şotland alimlər kompüter proqramından istifadə ediblər. Bəlli olub ki, sal daşın üzərində əks olunmuş hadisələr 13 min il əvvəl baş verib.

Məhz həmin dövr əkinçiliyin inkişafında mühüm mərhələ, neolit dövründəki qədim sivilizasiyaların yarandığı dövr olub.

Alimlər hesab edirlər ki, Yerə asteroidlərin düşməsi nəticəsində qlobal iqlim dəyişikliyi olub və həmin zamanadək qədər dənli bitkiləri əkib-becərməyə imkan verməyən havalar dəyişib.

“İndi baş verənlər uzunmüddətli dəyişikliklərin nəticəsidir. Ehtimallarımızın sübutlarını axtarırıq”, – professor Martin Svitmen deyib. Onun fikrincə, qədim dövrlərdə Göbəkli Təpədə insanların kosmosu müşahidə etdikləri rəsədxana olub.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here