Beş ölkə xal qazandı, Azərbaycan yerində qaldı

0
314468

UEFA-nın reytinq siyahısı açıqlanıb.

VOİCEPRESS apasport.az-a istinadən xəbər verir ki, Avropa Liqasının 1/4 final mərhələsinin ilk oyunları çərçivəsində keçirilən 4 matçdan sonra cədvəldə dəyişiklik baş verməyib.

Belə ki, keçirilən görüşlərdən sonra 5 ölkənin xal hesabı dəyişib. Siyahının aşkar lideri İspaniya qələbə ilə aktivinə 0,286 xal artırıb. Hərəyə 1 qələbə qazanan Fransa 0,333, Hollandiya isə daha çox 0,400 xal əldə edib.

İngiltərə və Belçika təmsilçilərinin heç-heçəsi daha az qazanc gətirib. Sonuncular 0,200, futbolun yaradıcıları 0,143 xal qazanıb.

Qeyd edək ki, reytinq cədvəlində 26-cı olan Azərbaycanın xal hesabı 17,750-di.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here