VOİCEPRESS-in məlumatına görə, “Bayer Leverkuzen” klubu doğma meydanda “Volfsburg”u qəbul edib. Oyuna meydan sahibləri fəal başlayıblar. İlk hissənin sonlarında 40-cı dəqiqədə ev sahibinin oyunçusu K. Belarabi komandasını önə keçirib – 1:0.
İlk hissə 1:0 hesabı ilə yekunlaşıb.
İkinci hissəyədə ev sahibləri fəal başlayaraq K. Follandın qolu ilə fərqi 2 topa qaldırıblar – 2:0. Oyunun 80-ci dəqiqəsində qonaqların oyunçusu M. Qomes fərqi 1 topa endirib – 2:1. Cəmi 3 dəqiqə sonra M. Qomes dubl edərək hesabı bərabərləşdirib – 2:2. Oyunun 87-ci dəqiqəsində M. Qomes yenidən rəqib qapısına yol taparaq komandasını önə keçirib – 2:3. Oyunun 89-cu dəqiqəsində ev sahibi komandasının oyunçusu K. Haverç hesabı bərabərləşdirib – 3:3.
Beləliklə oyun 3:3 hesabı ilə başa çatıb.
Qeyd edək ki, “Wolfsburg” klubunun oyunçusu Mario Qomes cəmi 7 dəqiqə ərzində het-trik edib (80-ci, 83-cü, 87-ci dəqiqə).
26-cı turda baş tutan oyunların nəticələri:
“Bavariya” 6 – 0 “Auqsburq”;
“Hamburq” 2 – 1 “Köln”;
“Leypsiq” 4 – 0 “Darmştad 98”;
“Frayburq” 2 – 5 “Verder”;
“Şalke” 1 – 1 “Borussiya Dortmund”;
“Ayntraxt F” 0 – 0 “Borussiya M”;
“İnqolştadt” 2 – 1 “Mayns”;
“Bayer Leverkuzen” 3 – 3 “Volfsburq”.
VOİCEPRESS.AZ