“Bavariya” məğlub oldu

0
314270

Futbol üzrə Almaniya Bundesliqasının lideri olan “Bavariya” çempionatın 27-ci turunun səfər matçında “Hoffenhaym”a minimal hesabla məğlub olub.

VOİCEPRESS xarici KİV-nə istinadən xəbər verir ki, görüş 1:0 hesabı ilə başa çatıb.
Oyunda yeganə qolu 21-ci dəqiqədə ev sahiblərinin futbolçusu Andrey Kramariç vurub. “Münhenlilər” oyunda dönüş yaratmağa çalışsalar da, bu, mümkün olmayıb.

Məğlubiyyətə baxmayaraq, “Bavariya” turnir cədvəlində liderliyini davam etdirir və bu gün “Leypsiq” qələbə qazanacağı təqdirdə birinci yerlə xal fərqini 10-a endirmiş olacaq.

Əlavə edək ki, “Bavariya” bu mövsüm ilk məğlubiyyətini “Borussiya Dortmund”dan alıb (0: 1).

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here