Haitinin baş nazirin Jak Qi Lafontanın korteji iki yeniyetməni vurub.
VOİCEPRESS xəbər verir ki, qəzaya düşən yeniyetmələrdən biri xəstəxanaya çatdırılarkən yolda vəfat edib.
Hadisə ölkənin cənub-qərbində Le-Kе şəhərində baş verib. Məlumata görə, qəza yeniyetmələr motosikletlə hərəkət edərkən baş verib. Yaralı gənc vertolyotla ölkənin paytaxtı Port-o-prensə gətirilib
Kortej hadisədən sonra hərəkətini dayandırmayıb. Bu, yerli sakinlərin qəzəbinə səbəb olub, onlar etiraz olaraq avtomobil şinləri yandırmağa başlayıblar.
VOİCEPRESS.AZ