Bakının mənzil bazarında QİYMƏTLƏR dəyişdi

499107

2017-ci ilin birinci rübündə Bakıda mənzillərin orta qiyməti ikinci mənzil bazarında əvvəlki rüb ilə müqayisədə 2,3 faiz (1 kvadrat metr üçün 1030 dollara qədər) ucuzlaşıb.

VOİCEPRESS xəbər verir ki, bu barədə “MBA Group” konsaltinq şirkətinin hesabatında deyilir.

Məlumata əsasən, ekonom-klass mənzillərin qiyməti ikinci mənzil bazarında 3 faiz ucuzlaşıb (1 kvadrat metr üçün 818 dollara qədər), komfort və biznes klass üçün, əksinə, cüzi bahalaşıb. Beləliklə, komfort-klass mənzillərin qiyməti 1 kvadrat metr üçün 1417 dollara (rüb ərzində 0,35 faiz artıb), biznes-klass mənzillərin isə 1 kvadrat metr üçün 2231 dollara çatıb (rüb ərzində 1,38 faiz artıb).

Cəmi yanvar-mart aylarında satışa 7,39 min mənzil satışa qoyulub və bu 2016-ci ilin dördüncü rübündən 4,41 faiz azdır. Satışa çıxarılan mənzillərin sayının azalmasına baxmayaraq onların alqı-satqısı üzrə əqdlərinin həcmi rüb ərzində cüzi artıb (2,45 faiz, 2534 əqdə qədər).

Bakının ikinci mənzil bazarında satışa çıxarılan mənzillərin, siniflər üzrə müqayisəli cədvəli (2017-ci ilin I rübü 2016-cı ilin IV rübü ilə müqayisədə)
İkinci bazarda təklif olunan mənzillərin çoxu (30,48%) üç otaqlı mənzillərdir, sonra isə iki otaqlı (29,49%), dörd otaqlı (11,57%) və bir otaqlı (14,3%). Beş otaqlı və daha çox otaqlı mənzillərin payına 8,16 faiz təkliflər düşür.

VOİCEPRESS.AZ

Əvvəlki məqaləAydın Mirzəzadə: ” İlham Rəhimov situasiyadan istifadə edib, öz personasını kimlərinsə yadına salmağa çalışır…”
Növbəti məqalədəTanınmış aktyor canlı yayımda İNTİHAR ETDİ

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin