Bakıda Xəzər ekspert klubu layihəsi təqdim edilib

0
313999

Bakıda keçirilən “Rusiya-Azərbaycan: diplomatik münasibətlərin 25 ili. Tərəfdaşlıq strategiyası” mövzusunda Dəyirmi masada Xəzər ekspert klubu layihəsinin təqdimat mərasimi keçirilib.

VOİCEPRESS trend-ə istinadən xəbər verir ki, təqdimatı “Xəzər-Avrasiya” Mərkəzinin rəhbəri Andrey Sızranov keçirib.

Onun sözlərinə görə, yeni təşəbbüs regionun ekspertlərini birləşdirməlidir. Bu formata artıq Qazaxıstanın və Azərbaycan ekspert ictimaiyyətləri qoşulub.

A.Sızranov qeyd edib ki, yeni layihə çərçivəsində Xəzərin statusu, Xəzəryanı ölkələrin dənizdə qarşılıqlı fəaliyyəti, Xəzər regionunun ümumi media-məkanının formalaşdırılması və bu regiona diqqətin artırılması məsələləri müzakirə olunacaq.

Xəzər ekspert klubunun üzvü Əli Hacızadənin sözlərinə görə, yeni ekspert ictimaiyyətinin məqsədi Xəzər regionunda yaranmış boşluğun doldurulmasıdır.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here