Bakıda körpələr evində yanğın – 18 uşaq xilas edildi

0
314698

Bakıda körpələr evində yanğın baş verib.

VOİCEPRESS Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Pirallahı rayonunda ümumi sahəsi 450 kvadratmetr olan ikimərtəbəli “Cırtdan” körpələr evinin zirzəmisində 3 kvadratmetr sahədə məişət tullantıları yanıb.

Yanğın zamanı otaqlardan 18 nəfər azyaşlı uşaq yanğınsöndürənlər tərəfindən xilas olunub. Körpələr evinin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın saat 16:44-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here