Bakıda iki uşaq anası özünü binadan atdı

0
313858

Bakıda 27 yaşlı qadın özünü yaşadığı binanın 4-cü mərtəbəsindən atıb. VOİCEPRESS-in “report”a istinadla verdiyi məlumata görə, hadisə Qaradağ rayonu, Lökbatan qəsəbəsində qeydə alınıb.

Belə ki, Lökbatan qəsəbəsi, Səfiyev küçəsi 15, mənzil 10-da yaşayan V. Quliyeva özünü 4-cü mərtəbədən atıb. Nəticədə o, müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.

Qeyd edək ki, V.Quliyevanın 6 və 2 yaşında iki azyaşlı övladı var. Onun həyat yoldaşı taksi sürücüsü işləyir.

Faktla bağlı Qaradağ Rayon Polis İdarəsinin 10-cu Polis Bölməsi tərəfindən araşdırma aparılır.

VOİCEPRES.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here