Bakıda erməni agentin istintaqı başa çatdı

0
314165

Azərbaycanda həbs edilmiş erməni əsilli Rusiya vətəndaşı Marat Ueldanovun məhkəməsi başa çatıb.

VOİCEPRESS-in məlumatına görə, həqiq soyadı Qalustyan olan Marat Ueldanov 2016-cı il iyunun 9-da Azərbaycanda “narkotiklərin istehsalı, saxlanması, dövriyyəsi və nəqli” ittihamı ilə həbs edilib.

Bundan bir neçə gün sonra isə Marianna Mirzoyan soyadlı qadın Rusiyanın Bakıdakı səfirliyinə müraciət edərək bildirib ki, Marat Ueldanov onun qardaşıdır və onu Bakıda casusluqda ittiham edərək tutublar.

Bakıda anadan olmuş Marat əslində bu illər ərzində uzun müddət Bakıda yaşayıb və rəsmi qeydiyyatda olduğu Moskva şəhərinə yalnız periodik olaraq gedib. O, Ueldanov soyadını evləndikdən sonra həyat yoldaşından götürüb.
Erməni mətbuatı Azərbaycanda erməni əsilli vətəndaşların yaşamasının qeyri-mümkünlüyünü sübut etmək üçün onun “şpionaj” ittihamı ilə tutulması barədə deyilənləri çox qabardır.

“Haqqin.az”ın yazdığına görə, istintaq başa çatdıqdan sonra cinayət işi Bakı ağır cinayətlər məhkəməsinə göndərilib. İşə hakim Samir Əliyev baxır. Hazırlıq məhşkəməsi aprelin 26-a təyin olunub.

Ueldanovun vəkili Qubad Salayevin dediyinə görə, o, özünü günahkar saymır və bunu məhkəmədə sübut etməyə hazırdır. Eyni zamanda vəkil bildirib ki, Ueldanov saxlanma şəraitindən narazı deyil

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here