Bakıda 11 yaşlı itkin düşən uşaq tapılıb- Yenilənib

0
314800


VOİCEPRESS xəbər verir ki, uşaq atası ilə polisdədir. Bu barədə uşağın anası xəbər verib.

11:10
Bakıda 5-ci sinif şagirdi orta məktəbdən çıxandan sonra itkin düşüb.

VOİCEPRESS bildirir ki, bu barədə trend-ə şagirdin anası məlumat verib. Məlumata görə, Nərimanov rayonu, 200 saylı orta məktəbin 5-ci sinif şagirdi, 2006-cı il təvəllüdlü Ağamir Nəcəfli dünən günorta saatlarında oxuduğu orta məktəbdən çıxıb, amma evə qayıtmayıb.

Hazırda şagirdin axtarışları davam etdirilir.
Şagirdin anası Elnarə Məmmədova məlumat verib ki, paytaxtın Nərimanov rayonu Yanvar Nəsirov küçəsi, ev 4 ünvanında yaşayan 11 yaşlı Ağamir Nəcəfi dünən saat 14:00 radələrində evdən çıxaraq, bir daha geri qayıtmayıb:

“Ağamir hadisədən əvvəl icazəsiz evdən çıxdığı üçün atası Abbas və mən onu danladıq. Bundan sonra o, yenə icazəsiz evdən çıxıb, lakin geri qayıtmayıb. Biz hələ də oğlumuzdan bir xəbər ala bilmirik”.

Uşağı görənlərdən (050) 222 19 24 nömrəli telefona zəng vurmaları xahiş olunur.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here