Ana eyni zamanda övladını da itirib. O.Nuranənin meyiti Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Yasamal rayon şöbəsinə təhvil verilib.
Mərhumun yaxınları ana və övladının həkimlərin səhvi ucbatından öldüyünü iddia edirlər.
Faktla bağlı Yasamal Rayon Prokurorluğunda cinayət işi başlanılıb. Araşdırma aparılır.
Qeyd edək ki, bu aprel ayının ilk on günündə baş verən 3-cü ana ölümü faktıdır.
Ana ölümü ilə bağlı sonuncu fakt aprelin 5-də Naxçıvanda qeydə alınıb. 18 yaşlı Həqiqət Mirzəyeva Naxçıvanda doğum evində əkiz uşaq dünyaya gətirib. Həkimlərin normadan artıq narkoz verməsi ilə gənc qız komaya düşüb.
Həqiqətin əmisi qızı Gülü Mirzəyevanın sözlərinə görə, 24 gün komada qalan Həqiqət dünyasını dəyişib.
Aprelin 2-də isə Qubada ana ölümü olub. İstiPress- in Şimal bürosunun məlumatına görə, Xaçmazın Müzəffəroba kənd sakini 34 yaşlı Sevinc Seyidəliyeva Quba Regional Perinatal Mərkəzində qeysəriyyə əməliyyatı ilə uşaq dünyaya gətirib.
Bu, onun ikinci uşağı olub və doğuş normal keçib. Əməliyyatdan sonra S. Seyidəliyevayanın damarına riopoliqulikin adlı preparat vurulub. Xəstə buna sərt reaksiya verib, şoka düşüb. Həkimlərin səyinə baxmayaraq, S. Seyidəliyeva həyatını itirib.
VOİCEPRESS.AZ