Bakı Şopinq Festivalı başlayır – RƏSMİ AÇILIŞ BU ÜNVANLARDA KEÇİRİLƏCƏK

0
314667

Bu gün Azərbaycanın paytaxtında ilk dəfə təşkil olunacaq Bakı Şopinq Festivalının açılışı baş tutacaq.

10 Mayadək davam edəcək festival zamanı Rusiya, Qazaxıstan, BƏƏ, Səudiyyə Ərəbistanı, Qətər, Oman, Bəhreyn, İran, Türkiyə, Gürcüstan və digər ölkələrdən ölkəmizə turist və müştəri axınının olacağı gözlənilir.

VOİCEPRESS
xəbər verir ki, saat 17:00-da Park Bulvar, Port Baku, Gənclik Mall, 28 Mall və İşəri şəhərdə açılış şou-proqramı keçiriləcəkdir.

Bakı Şopinq Festivalına qoşulmuş mağazalar: http://bakushopfest.com/our-stores/

Bakı Şopinq Festivalında alış-verişin adi alış-verişdən fərqi alınacaq mallara görə ödənilmiş əlavə dəyər vergisinin (ƏDV) geri qaytarılmasıdır. ƏDV-nin qaytarılması kitabçası

ƏDV qaytarılması sisteminə qoşulmuş obyektlərin üzərində xüsusi “Baku Shopping Festival – Tax Free” stikeri yerləşdiriləcək. Yalnız həmin nişan olan obyektlərdən mal alan Azərbaycan vətəndaşlarına ƏDV qaytarılacaq.

ƏDV-ni 5 bankın – Kapital Bank, PASHA Bank, Yapi Kredi Bank Azerbaijan, Bank Silk Way və Azərbaycan Sənaye Bankının filiallarında geri almaq mümkün olacaq.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here