Bahar Muradova: “Bəzən qanunların müzakirəsi zamanı adekvat olmayan hərəkətlərə yol verilir…”

0
313672

“Milli Məclis üzvlərinin etik davranış qaydaları haqqında” qanun layihəsi aprelin 20-də Milli Məclisin (MM) Hüquq siyasəti və dövlət quruculuğu və İnsan hüquqları komitələrinin iclasında müzakirəyə çıxarılıb.

VOİCEPRESS-in məlumatına görə, iclasda çıxış vitse-spiker Bahar Muradova bildirib ki, qanun layihəsinin hazırlanması Azərbaycan Konstitusiyasına edilən dəyişikliklərdən irəli gəlir.

B.Muradovanın sözlərinə görə, Konstitusiyada göstərilib ki, deputatın etik davranış qaydaları qanunla müəyyən edilməlidir.

Vitse-spiker bildirib ki, dünyanın bir çox ölkələrində müvafiq dövlət qurumlarının rəhbərlərinin, seçkili orqanların rəhbərlərinin, bələdiyyə üzvlərinin, dövlət qulluqçularıın, o cümlədən, parlament üzvlərinin fəaliyyətini tənzimləyən qanunlar var.

B.Muradova qeyd edib ki, qanun layihəsinin əsas məqsədi deputatların fəaliyyətində şəffaflığın və səmərəliliyinin artırılması, o cümlədən Milli Məclis üzvünün nüfuzuna xələr gətirə biləcək hərəkətlərdən çəkindirməkdir:

“Azərbaycanda parlament ənənələri və beynəlxalq təcrübə nəzərə alınaraq bu qanun layihəsi hazırlanıb”.

B. Muradova çıxışına davam edərək qeyd edib ki, deputata 40 mindən artıq seçici səsə verərək, onu seçir.
“Seçici onun fəaliyyətinə inanaraq, səs verir və ondan yaxşı fəaliyyət gözləyir. Ancaq deputatın fəaliyyəti zamanı bəzən müəyyən xoşagəlməz və deputat fəaliyyətinə adekvat olmayan hərəkətlərə yol verilir. Bəzən deputat siyasi qrup maraqlarına uyğun olaraq, qanunların müzakirəsi zamanı adekvat olmayan hərəkətlərə yol verir. Qanun layihəsinin əsas qayəsi də deputatın fəaliyyətinə xələl gətirən hərəkətlərə yol verilməsinin qarşısını alınmasına və onun daha səmərəli fəaliyyət göstərməsinə xidmət edən sənəddir”– deyə, komitə sədri bildirib.

Müzakirlər zamanı çıxış edən millət vəkili Azay Quliyev sənədin konseptual qaydada qəbulunu müsbət hal hesab etsə də, onunla bağlı təklif və iradlarını da bildirib.
İlk olaraq A. Quliyev təklif edib ki, qanun layihəsi ilə bağlı hakim partiya, parlamentdə təmsil olunan müxalifət partiyaları, müstəqillər və digər qruplarla müzakirlər keçirilsin.
Millət vəkili eyni zamanda, deputatın fəaliyyətinin daha çox çərçivəyə alınmasına qarşı çıxıb və bildirib ki, əgər deputat etik qaydaları pozmadan istənilən qanun layihəsi zamanı çıxış edirsə, bu, hansısa etik qaydanı pozma halı kimi dəyərləndirlməməlidir.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here