Azyaşlı qızı döyən bağça müəllimi tutuldu – VİDEO

0
314330

Bağça müəlliminin azyaşlı qızı döydüyü anların görüntüləri yayılıb. O, uşağı saçları ilə oynadığına görə döyüb.

VOİCEPRESSMirror”a istinadla bildirir ki, görüntülər ortaya çıxdıqdan sonra 58 yaşlı qadın tutulub.

Görüntülərdə qadının uşağa “saçlarınla oynama” dedikdən sonra onu çimdikləyib yumruqlaması və silkələməsi əks olunub.

Kadrlara görə, Linn Rou adlı işçi uşağın qarşısında oturub. O, saçlarını oynayan qızı vuran zaman uşaq “incidir, vurma” deyə yalvarır. Qadının cavabı isə “lap yaxşı, mənim də istədiyim budur” olur.

Video Amerikanın Nebraska ştatının ən böyük şəhəri olan Omahadakı bağçaların birində mart ayının 28-də çəkilib.

Görüntülər yayıldıqdan sonra polis məsələ ilə bağlı araşdırma aparıb. Qadının kimliyi müəyyənləşdikdən sonra o, iki gün öncə polis tərəfindən saxlanılıb.

Görüntüləri NBC News-a uşağın valideyni göndərib.

VOİCEPRESS həmin görüntüləri təqdim edir:

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here