VOİCEPRESS xəbər verir ki, AzTU-nun rektor əvəzi Xalıq Yahudov fəxri fərmanla təltif olunan tələbələrlə görüşüb və onların bu uğurunu sevindirici hal adlandırıb. Rektor əvəzi qeyd edib ki, bu cür konfranslarda, tədbirlərdə tələbələrin iştirakı çox vacibdir. Vurğulanıb ki, başqa ali məktəblərdə təşkil edilən konfranslarda iştirak tələbələrə əlavə olaraq həmin təhsil müəssisəsinin elmi-texniki potensialı ilə tanış olmaq imkanı da yaradır.
Tələbələri konfransa hazırlayan müəllimləri Şahin Əhmədovsa FHN-nin Akademiyasında olan laboratoriyalarda praktiki dərslərin keçirilməsi üçün yaradılan şərait haqqında məlumat verib. Bildirib ki, tələbələrin nəzəri biliklərinin praktik tətbiqi üçün akademiyada ən qabaqcıl avadanlıqlar mövcuddur.
Görüşdə qərara alınıb ki, ən qısa zamanda FHN-nin Akademiyası ilə bu konteksdə müzakirələr aparılsın və tələbələrin qabaqcıl texnologiyalarla təchiz olunan laboratoriyalardan yararlanması təmin edilsin.
Sonda konfransın qərarı ilə təltif olunan tələbələrin fəxri fərmanları özlərinə təqdim edilib.
VOİCEPRESS.AZ