Azərbaycanla Səudiyyə Ərəbistanı arasında hərbi-texniki əməkdaşlıq məsələləri müzakirə olundu

0
314291

Azərbaycanla Səudiyyə Ərəbistanı arasında hərbi-texniki əməkdaşlıq məsələləri müzakirə olunub

Müdafiə Nazirliyinin mətbuat xidmətindən VOİCEPRESS-ə verilən məlumata görə, Səudiyyə Ərəbistanında rəsmi səfərdə olan Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Krallığın Vəliəhdinin varisi, Nazirlər Şurası sədrinin müavini, Müdafiə naziri şahzadə Məhəmməd bin Salmanla görüşüb.

Görüşdə ölkələrimiz arasında hərbi, hərbi-texniki əməkdaşlıq, regional təhlükəsizlik və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.
Müdafiə naziri Səudiyyə Ərəbistanına səfəri çərçivəsində bu ölkədə fəaliyyət göstərən İslam Hərbi Koalisiyası Mərkəzində də olub.

Azərbaycan nümayəndə heyəti qlobal terrorizmə qarşı mübarizəni əlaqələndirən Mərkəzlə tanış olub və qurumun fəaliyyəti barədə ətraflı məlumatlandırılıb.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here