Azərbaycanın Müdafiə naziri İranın müdafiə nailiyyətləri sərgisində olub

0
313735

Müdafiə Nazirliyinin Mətbuat xidmətindən VOİCEPRESS-ə verilən məlumata görə, İran İslam Respublikasında rəsmi səfərdə olan Azərbaycan Müdafiə Nazirliyinin nümayəndə heyəti aprelin 16-da Tehranda İranın müdafiə sənayesinin nailiyyətləri sərgisində olub.
Bu ölkənin müdafiə sənayesi kompleksinin istehsal etdiyi hərbi təyinatlı məhsullarla tanış olan Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənova İran Silahlı Qüvvələrinin silahlanmasındakı müxtəlif döyüş vasitələrindən ibarət eksponatlar təqdim edilib.
Sərgi ilə tanışlıqdan sonra general-polkovnik Z.Həsənov “Xatirə kitabı”nı imzalayıb.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here