Azərbaycanda bu saytlara giriş qadağan olunur

26 Aprel, 23:29

Azərbaycanda bir neçə media qurumunun saytının bloklanması üçün məhkəməyə müraciət olunub.

VOİCEPRESS qafqazinfo-ya istinadən verdiyi xəbərə görə, bu barədə hüquqşünas Xalid Ağaliyev məlumat verib. O bildirib ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Mərkəzi “Azadlıq” qəzetinin azadlıq.info, “Azadlıq” radiosunun azadlıq.org, azərbaycansaatı.com, Meydan.tv saytlarının və “Turan” telekanalı (Turan TV) və “Azərbaycan saatı” teleproqramlarının bloklanması ilə bağlı Səbail Rayon Məhkəməsinə müraciət edib.

Məhkəmə prosesi aprelin 27-si saat 11:20-də başlayacaq.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here