Azərbaycanda bu gündən yeni hərbçi hazırlığı başlayır

0
314377

Azərbaycanda yeni hərbçilərin hazırlanması prosesinə start verilir. Müdafiə Nazirliyindən VOİCEPRESS-ə verilən məlumata görə, aprelin 1-dən 2017-2018-ci tədris ili üçün Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə ərizə qəbulu başlayır.

Qəbul I ixtisas qrupu üzrə aparılır. Abituriyentlərin Azərbaycan dili, riyaziyyat, fizika, kimya və xarici dil bilikləri yoxlanılır.

Bu gündən həmçinin hərbi liseylərə, eləcə də Azərbaycan Tibb Universitetinin Hərbi Tibb Fakültəsi və Hərbi Tibb Məktəbinə ərizə qəbulu olacaq.

Cəmşid Naxçıvanski adına hərbi liseydə təhsil müddəti üç ildir. Bura 8-ci sinfi bitirmiş şagirdlər riyaziyyat, fizika, Azərbaycan dili və kimya fənlərindən test imtahanı verməklə daxil ola bilərlər.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here