Azərbaycana qar yağıb. VOİCEPRESS-in Şimal bürosunun məlumatına görə, qar Qubanın bir neçə dağ kəndinə düşüb. Kənd sakinlərinin bölgə müxbirinə verdiyi məlumata görə, ən çox yağıntı Xınalıq kəndində qeydə alınıb – 35 sm. Qırız da isə qarın hündürlüyü 20 sm-i keçib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti ötən gün axşam saatlarından hava şəraitinin dəyişəcəyi ilə bağlı xəbərdarlıq edib. Nazirlikdən VOİCEPRESS–ə verilən məlumata görə, qərb rayonlarından başlayaraq ölkə ərazisində aprelin 9-u axşam hava şəraitinin dəyişəcəyi, aprelin 11-i gündüzədək qeyri-sabit keçəcəyi, arabir yağış, dağlıq rayonlarda qar yağacağı, bəzi yerlərdə intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi gözlənilirdi. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu tədricən 4-7 dərəcə aşağı enəcək.

Bu gün rayonlarda havanın əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacağı, gündüz ayrı-ayrı yerlərdə arabir yağış, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi əsəcək, gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək.
VOİCEPRESS.AZ