Azərbaycana qar yağdı

0
314175

Qubanın bəzi yaşayış məntəqələrinə də qar yağıb.

VOİCEPRESS
-in məlumata görə, rayonun Xınalıq kəndinə 4 sm, Qırıza 4 sm, Rükə 3 sm, Xaltana isə 1 sm qar yağıb.

Qusarın Ləzə kəndi ərazisində isə qarın hündürlüyü 4 sm-dir. Bəzi ərazilərdə temperatur mənfi 5 dərəcəyə enib.

Qeyri-sabit hava şəraiti aprel ayının 4-dək davam edəcək.

Mütəxəssislər hesab edir ki, aprel ayının ilk günlərində qarın yağması xarakterik olmadığı üçün ağacların çiçək açdığı dövrdə şaxtalı hava məhsuldarlığı aşağı salacaq.

Müəssisədən bildirilib ki, hazırda bölgədə hökm sürən qeyri-sabit hava şəraiti hələ bir neçə gün davam edəcək. Daha sonra isə havaların yenidən mülayimləşəcəyi, temperaturun 22- 27 dərəcəyədək yüksələcəyi gözlənilir.

Hidrometeoroloqun sözlərinə görə, hazırda Lənkəran-Astara bölgəsi çaylarında sululuq ongünlük normanın 10-50 faizini təşkil edir.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here