Azərbaycan uğrunda həlak olmuş xüsusi təyinatlılar – FOTO

0
314776

Bu gün, aprelin 1-də Azərbaycan Silahlı Qüvvələri Xüsusi Təyinatlılar Komandanlığının və xüsusi təyinatlıların ailə üzvlərinin iştirakı ilə keçənilki aprel müharibəsi zamanı bu dəstədən qəhrəmancasına həlak olmuş döyüşçülərin anım mərasimi keçirilib.

VOİCEPRESS bildirir ki,Xüsusi Təyinatlılar Dəstəsinin komandiri şanlı general Hikmət Mirzəyevdir.

Mərasim iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin büstü önünə güllər düzərək, xatirəsini hörmətlə yad ediblər. Sonra Azərbaycanın ərazi bütövlüyü uğrunda həyatını qurban verərək həlak olmuş əsgərlərin şərəfinə ağaclar əkilib.

Həlak olanların anım mərasimindən sonra ehsan verilib.

Həlak olmuş xüsusi bölmə əsgərlərinin valideynləri bugünkü mərasimdən şəkilləri redaksiyamıza təqdim ediblər.

Həmin hərbi qulluqçuların ailə üzvlərinə və bütün Azərbaycan xalqına öz dərin başsağlığını çatdırırıq.

Allah rəhmət eləsin!


VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here