Azərbaycan, Qazaxıstan, Gürcüstan “Transxəzər nəqliyyat dəhlizi” çərçivəsində protokol imzaladı

0
314082

Bu gün Bakıda “Transxəzər nəqliyyat dəhlizi” Beynəlxalq Assosiasiyası Hüquqi Şəxslər Birliyinin iclasının protokolunun imzalanma mərasimi baş tutub.

VOİCEPRESS-in məlumatına görə, protokolu “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin sədri Rauf Vəliyev, “Qazaxıstan Dəmir Yolları” SC-nin prezidenti Kanat Alpısbayev və “Gürcüstan Dəmir Yolları” SC-nin sədri Mamuka Baxtadze imzalayıblar.

İclasın protokoluna əsasən, tərəflər “Transxəzər nəqliyyat dəhlizi” Beynəlxalq Assosiasiyası Hüquqi Şəxslər Birliyinə üzvlük barədə əsasnaməni, nəqliyyat dəhlizinin inkişafı üzrə işçi qrupunun tərkibi və əsasnaməsini, 2017-ci il üçün tədbirlər planınə və digər məsələləri təsdiq ediblər.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here