Aydın Mirzəzadə: “Azərbaycanın ABŞ-dan yardım almamasının ölkəmizin vəziyyətinə heç bir təsiri olmayacaq”

25 Aprel, 18:42

“Azərbaycanın ABŞ-dan yardım almamasının ölkəmizin vəziyyətinə heç bir təsiri olmayacaq”.

“İqtisadiyyatımız xarici yardım olmadan da sabit fəaliyyət göstərə bilir”.

VOİCEPRESS
xəbər verir ki, bunu millət vəkili Aydın Mirzəzadə deyib. O, bildirib ki, Amerika Birləşmiş Ştatlarının rəbərliyi gələn maliyyə ili üçün bir sıra ölkələrə göstərilən maliyyə yardımını azaltdığını bəyan edib: “2018-ci il üçün ümumiyyəltə yardım verilməyəcək ölkələr sırasında Azərbaycan və Ermənistan da vardır.
Azərbaycanın ABŞ-dan yardım almamasının ölkəmizin vəziyyətinə heç bir təsiri olmayacaq. İqtisadiyyatımız xarici yardım olmadan da sabit fəaliyyət göstərə bilir. 35 milyrad ABŞ dolları həcmində valyuta ehtiyatımız isə ilin əvvəlindən hətta 1 milyarda artıbdır.
Ancaq yardım məhrum olma Ermənistan üçün çox böyük problemlər yaradacaq. Hələ də normal dövlət siyasəti qura bilməyən qonşu ölkə dünyada öz probelmlərini yardımlar hesabına həll etməyə çalışan bir ölkə kimi tanınır. Gah bu, gah digər ölkənin forpostu olan, qonşu ölkələrə torpaq iddiası edən bu süni dövlətin axırı belə də olmalı idi”.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here