Ukraynanın 34 mindən artıq tamaşaçı tutumuna malik “Arena Lvov” stadionundan 7 min oturacaq sökülüb.
Bu, ümumi yerlərin təxminən 20%-ni təşkil edir.
Bu, ümumi yerlərin təxminən 20%-ni təşkil edir.
VOİCEPRESS goal.az-a istinadən xəbər verir ki, həmin oturacaqlar Kiyevdə Avroviziya müsiqi müsabiqəsi üçün tamaşaçı yerlərinin hazırlanmasında gərəkli olacaq. Stadion rəhbərliyi oturacaqların icarəsinə görə 500 min qriven pul alacaq. Avroviziya paytaxtın Beynəlxalq Sərgi Mərkəzində 9-13 may tarixlərində keçiriləcək. Təşkilatçılar stadiondan götürdükləri kürsüləri mayın 20-ə kimi qaytarmağasöz veriblər.
VOİCEPRESS.AZ