Avropa Liqası və Çempionlar Liqasının finalı eyni həftədə olacaq

0
314069

2018 – 2021-ci illərdə Avropa Liqasının final matçı Çempionlar Liqasının həlledici görüşü ilə eyni həftədə keçiriləcək. VOİCEPRESS goal.az-a istinadən xəbər verir ki, bu barədə UEFA İcraiyyə Komitəsi qərar verib. Belə qərar hər iki qarşılaşmanın ölkədaxili yarışlar başa çatdıqdan sonra oynanılması məqsədilə qəbul olunub. 2018-2019 mövsümündən etibarən Avropa Liqasının finalı çərşənbə günü, 2019-cu il mayın 29-da baş tutacaq. İki turnirin həlledici qarşılaşması isə indiki kimi, müxtəlif şəhərlərdə olacaq. Həm Çempionlar Liqası, həm də Avropa Liqasının final matçına Bakı Olimpiya Stadionunun namizədliyi irəli sürülüb. Qaliblərin adları bu ilin sentyabrında açıqlanacaq.

Qeyd edək ki, bu mövsüm Çempionlar Liqasının finalı iyunun 3-də Uelsin paytaxtı Kardiffdə, Avropa Liqasının həlledici görüşü mayın 24-də İsveçin Solna şəhərində keçiriləcək. Gələn mövsüm isə oyunlar müvafiq olaraq, mayın 26-da Ukraynanın paytaxtı Kiyevdə və mayın 10-da Fransanın Lion şəhərində olacaq.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here