Fizuli Məmmədov Bakıda: “Şəhidlərimizi yad edərkən”

0
314048

VOİCEPRESS xəbər verir ki, bazar ertəsi aprelin 24-də Azərbaycan diasporunun başçısı, ictimai xadim, siyasətçi və mesenat, “Avropa Azərbaycanlıları Konqresi”nin Birinci vitse-prezidenti, “Ümumdünya Azərbaycan Mədəniyyət Fondu”nun prezidenti Füzuli Məmməd oğlu Məmmədov Bakıya rəsmi səfəri çərçivəsində Fəxri Xiyabanı və Şəhidlər Xiyabanını ziyarət edib.

Füzuli Məmmədov Bakıda Fəxri Xiyabanda Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevi və onun xanımı – Azərbaycanın indiki Prezidenti İlham Əliyevin Anası – böyük Azərbaycan alimi, görkəmli oftalmoloq, akademik Zərifə Əziz qızı Əliyevanın xatirəsini ehtitamla yad edərək, onların məzarları üzərinə gül dəstələri düzüb.

Sonra Füzuli Məmmədov Şəhidlər Xiyabanını ziyarət edib, Şəhidlərin xatirə kompleksi önünə gül dəstələri qoyub.

Allah rəhmət eləsin!

Bu gün aprelin 24-də Füzuli Məmmədov Azərbaycan Respublikasının Diaspora ilə iş üzrə Dövlət Komitəsinin Sədri Nazim İbrahimovla görüşüb. Cənab F. Məmmədovun Bakıya səfəri çərçivəsində onun Azərbaycan Milli Məclisinin nümayəndələri ilə görüşü də gözlənilir.

Füzuli Məmmədovun Bakıya rəsmi səfəri davam edir və səfərin kifayət qədər məhsuldar və səmərəli olacağı gözlənilir. Şübhəsiz ki, bu səfər Avropa ölkələrində Azərbaycan diasporunun təşkilati strukturunun yaxşılaşdırılması istiqamətində öz əhəmiyyətli bəhrəsini verəcək.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here