Arıqlamaq istəyənlər bunlardan imtina etməlidirlər

0
314257

Amerikalı alimlər bildiriblər ki, qarğıdalı, noxud və kartof artıq çəkidən xilas olmağa imkan vermir. Onlar eksperimentin 30 min iştirakçısının qidalanma gündəliyini təhlil ediblər.

VOİCEPRESS AZƏRTAC-a istinadən bildirir ki, eksperiment iştirakçıları bir neçə il ərzində yemək rasionlarının gündəliyini yazıblar. Məlum olub ki, insanın arıqlamasına məhz adı çəkilən tərəvəzlər imkan vermir, çünki onların tərkibində çoxlu nişasta var.

ABŞ-ın Skidmor Kollecinin diyetoloqları daha əvvəl bildiriblər ki, piylərin əriməsinə və əzələ kütləsinin yığılmasına kömək edən pəhriz zülal tərkibli olmalıdır. Yəni gün ərzində 4-5 dəfə yemək lazımdır və hər dəfə də rasionda 20 qram zülal olmalıdır.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here