Arıqladan zəncəfilli içkilər

0
313871

Zəncəfil maddələr mübadiləsini və qan dövranını sürətləndirmək xüsusiyyətləri ilə tanınır. Bu 2 xüsusiyyətə görə zəncəfil artıq çəkidən xilas olunmağa yaxşı kömək edir.

VOİCEPRESS saglamolun.az-a istinadən arıqlamağa kömək edən zəncəfilli içkilərin reseptlərini təqdim edir:

1. 2-3 sm uzunluqda olan təzə zəncəfil kökü sürtgəcdən keçirilir, 1 dilim limon, 3-4 nanə yarpağı əlavə olunur, üzərinə 200 qr isti su tökülür. 30 dəqiqədən sonra dəmləməni süzün və gündə 2 dəfə yarım stəkan olmaqla için.

2. 1 stəkan təzə qatığın içinə 1 çimdik üyüdülmüş zəncəfil tökün, qarışdırın. Axşam yatmazdan əvvəl bu qarışığı için.

3. Hərəsindən 1 çimdik üyüdülmüş zəncəfil, darçın və hil 1 stəkan isti suda dəmləyin və gündə 2 dəfə səhər və axşam yarım stəkan olmaqla için.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here