Ara Papyan: “Azərbaycan erməni dövlətçiliyini məhv edir”

0
314367

Azərbaycan rəhbərliyi erməni dövlətçiyini taqətdən salan taktika ilə hərəkət edir.
VOİCEPRESS erməni KİV-nə istinadən bildirir ki, bu barədə İrəvanda jurnalistlərlə söhbətində “Modus Vivendi” analitik mərkəzinin rəhbəri Ara Papyan bildirib: “Azərbaycanın məqsədi bu regiondan erməni amilini yox etməkdir”

Onun sözlərinə görə, Azərbaycan rəhbərliyinin nə ritorikası, nə də əməlləri dəyişməyib: “Onların məqsədi, demək olar ki, Qarabağ deyil. Onların məqsədi bu regiondan erməni amilini yox etməkdir. Qarabağ məsələsi, sadəcə, bəhanədir”.

Görüşdə iştirak edən digər iştirakçı, psixoloq Karine Nalçacyan isə öz növbəsində 2016-cı ilin aprel ayında baş vermiş hadisələrdən danışıb: “Əlbəttə, Azərbaycan tərəfinin məqsədi daha uzun müddətli idi. Amma keçən ilin aprel ayı bizi bir qədər ayıltdı”.

Bu məsələdə erməni psixoloq müəyyən qədər haqlıdır. 2016-cı ilin aprel ayında ermənilər Azərbaycan ordusunun real gücünü gördü. Aprel ayında 15 tankdan ibarət dəstə ilə Yevlax – Mingəçevir istiqamətində hücum təşkil etmək istəyən Ermənistan ordusu şokla üzləşdi. Azərbaycan peyk vasitəsi ilə düşmən texnikasının hərəkətini müəyyən elədi və kamikadze pilotları ilə onları yolda məhv etdi.

Bu, Dağlıq Qarabağa 1945-ci ilin texnikası üçün düzəldilmiş “Ohanyan istehkamlarına” güvənib yerləşmiş hərbçi ailələrini şoka saldı. Mülki əhali regionu sürətlə tərk etdi. Regionla yerli Qarabağ sakinləri çox azdır, onlar ərazini 1990-cı illərdən tərk ediblər. İndi Sarkisyan hökumətinin heç bir şirin vədi dinc əhalini geri qaytara bilmir.

Amma bir məsələ də var ki, Ermənistan siyasətçiləri hələ də ayıla bilmir. Qarabağ probleminin Azərbaycana güzəştlər hesabına həll etməyi tələb edən Levon Ter-Petrosyanın rəhbərlik etdiyi blok aprel ayında keçirilmiş parlament seçkilərində 5 faizlik baryeri keçə bilmədi. Yəni hakimiyyətdə Azərbaycan torpaqlarının işğalını davam etdirmək istəyənlər qaldı. Düzdür, Levon Ter-Petrosyan seçkilərdən sonra verdiyi açıqlamalarda bu ideyanın tərəfdarları getdikcə artdığını bildirib:

“Baxmayaraq ki, cəmiyyətdə ölkə hakimiyyətinin fəaliyyəti nəticəsində bu ideya hələ də populyar deyil. Amma gələcək göstərəcək ki, biz doğru yoldaydıq”.

Amma göründüyü kimi, bu fikrin tərəfdarları yetərincə deyil və Ermənistanda işğalın, yəni müharibənin davam etdirilməsinin tərəfdarları hakimiyyətdədir. Bu isə Ara Papyanın dediyi kimi, Ermənistanın sonunu gətirir və bu sözlərdə həqiqət var. Ermənistanın əhalisi rəsmi müstəvidə belə azalır. Əgər 1992-ci ildə Ermənistanda rəsmi qeydiyyatda olan əhali sayı 3,6 miylon olubsa, hazırda 2,9 milyona düşüb. Lakin müstəqil erməni ekspertləri Ermənistanda real olaraq 1,8 milyon adamın yaşadığını vurğulayırlar.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here