Aprel şəhidinin adına mükafat təsis olundu

0
314762

Ötən ilin aprel ayı Azərbaycan xalqı üçün çox ağrılı oldu. Həmin tarixdən ötən bir il yaraların qabıq bağlamasına kömək etsə də, şəhid ailələrinin acısı illər keçsə də, dəyişməz qalacaq. Xalq olaraq üstümüzə düşən yeganə bir vəzifə var: o da şəhidlərin adını daim yad etmək və xatırlamaq.

VOİCEPRESS xəbər verir ki, qafqazinfo aprel şəhidi Mahir Mirzəyevin qəbirüstündə olub. Nərimanov Rayon İcra Hakimiyyətinin nümayəndələri, şəhidin təhsil aldığı İqtisad Universitetinin və 36 nömrəli tam orta məktəbin müəllim və şagird heyəti də şəhidi yad etmək üçün Mehdiabad qəbiristanlığına toplaşmışdı.

Hər kəs Mahirlə bağlı xoş xatirələrini bölüşür, onun daim yad ediləcəyini bildirirdi. Şəhidin atası Sabir dayını bu son bir il çox yorsa, atanın başı yenə də dik, üzü əzmlidir. Son görüşümüzdə onun üçün deyən “Mahirin atası” ifadəsi ilə fəxr etdiyini demişdi. Ata bu dəfə də çıxışında onu xüsusi vurğuladı.

34 nömrəli tam orta məktəbin direktoru Emilya Səfərəliyeva bildirib ki, hazırda məktəbdə “Mahir” mükafatı təsis olunub və qabaqcıl şagirdlərə təqdim olunur. Onlar şagirdlərinin adını daim yaşadacaqlar.

İqtisadiyyat və sənaye fakültəsini bitirən Mahiri universitet müəllimləri də xoş xatırlayır. Onun müəllimi iqtisad elmləri doktoru Əli Əlirzayevin sözlərinə görə, onların qrupu balaca və çox aktiv idi:

“Onlar sual verməyi, maraqlanmağı çox sevirdilər. Mahir də digər tələbə dostları kimi dərslərdə həmişə fəal olub. Magistraturaya daxil olmaq istəyirdi, elə oldu da. Kafedra olaraq ondan həmişə razı olmuşuq. Ondan dövlət imtahanı da, diplom işi də götürmüşük. O, bizim xatirimizdə gözəl bir tələbə kimi qaldı”.

Şəhidin il dönümündə İcra Hakimiyyəti tərəfindən ehsan süfrəsi təşkil olunub.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here