Ankara havadan müdafiə sistemlərinin əlverişli şərtlərlə alınmasında NATO-dan dəstək görmədiyindən Rusiyadan “S-400” zenit-raket sistemlərinin alınmasını alternativ variant kimi nəzərdən keçirir.
VOİCEPRESS xəbər verir ki, bunu Türkiyənin müdafiə naziri Fikri İşık deyib.
VOİCEPRESS xəbər verir ki, bunu Türkiyənin müdafiə naziri Fikri İşık deyib.
F.İşık ABŞ-a səfəri çərçivəsində çıxışı zamanı havadan müdafiə sistemlərinin əldə olunması məsələsində Türkiyənin NATO-dakı tərəfdaşlarından dəstək almadığını təəssüflə ifadə edib. “Mən rəqabətli qiymətlər, texnologiyaların mübadiləsini nəzərdə tuturam. Bu səbəbdən biz alternativ variantları nəzərdən keçiririk. Rusiyanın “S-400″ sistemləri onlardan biridir”, – nazir qeyd edib.
VOİCEPRESS.AZ