“Anam mənə oğlanlarla rəqs etməyi qadağan edib” – Lavrov

0
314010

Rusiyanın xarici işlər naziri Sergey Lavrov ABŞ dövlət katibi Reks Tillersonun Rusiya haqqında dialoquna ironiya ilə cavab verib.

VOİCEPRESS xəbər verir ki, NATO XİN rəhbərlərinin şam yeməyi zamanı dövlət katibi rəsmi Moskva ilə münasibətlər haqqında replikaya “Tanqo rəqsini iki nəfər oynamalıdır” deyə cavab verib.

Bu arada o, Lavrovla rəqs etmək istəmədiyini sözünə əlavə edib. Lavrov ABŞ dövlət katibinə oxşar qaydada cavab verib: “Anam mənə oğlanlarla rəqs etməyi qadağan edərdi” deyə bildirib.

“Mən belə bir söhbətin martın 31-i NATO XİN rəhbərlərinin görüşü zamanı baş tutduğunu eşitmişəm. Əgər Reks Tillerson hamı ilə rəqs edə bilməyəcəyini hiss edirsə, biz ona kömək etməyə hazırıq. O, olduqca təcrübəli adamdır. Əminəm ki, tezliklə öyrənəcək”, – deyə Lavrov vurğulayıb.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here