Amerikalı ekspert: Sarkisyanın qələbəsi ilə Ermənistanda iqtisadi böhran və korrupsiya davam edəcək

0
313874

Ermənistanda keçirilən parlament seçkiləri zamanı çoxlu sayda təşkilati problemlər, nəticələrin saxtalaşdırılması məqsədilə səsvermə prosesinə qanunsuz müdaxilə faktları müşahidə edilib.

VOİCEPRESS xəbər verir ki, bunu trend-ə ABŞ-ın Markett Universitetinin beynəlxalq münasibətlər üzrə eksperti Piter Teys deyib.

Ekspertin sözlərinə görə, Serj Sarkisyanın partiyasının qələbəsi Ermənistanda böhranlı iqtisadi vəziyyətin, eləcə də korrupsiyanın davam edəcəyini ifadə edir: “Ölkəyə yenidən S.Sarkisyan rəhbərlik edəcək, ona görə Ermənistanın xarici siyasətində sağlam yanaşma gözləməyə dəyməz. Bundan başqa, yaxın zamanlarda Ermənistan və Azərbaycan qoşunlarının qarşıdurma xəttində əvvəlki kimi atəşkəsin pozulması halları davam edəcək”.

P.Teys qeyd edib ki, Ermənistandakı parlament seçkiləri hətta ATƏT müşahidəçiləri tərəfindən tənqid olunub.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here