Almaniyadan Vaşinqtona XƏBƏRDARLIQ

0
314315

Almaniya xarici işlər naziri Ziqmar Qabriel Vaşinqtonu Suriyada münaqişənin daha geniş yayılmasından çəkindirib.

VOİCEPRESS xəbər verir ki, bazar günü axşam Almaniyanın ZDF ictimai-hüquq telekanalının efirində çıxış edən nazir bildirib ki, Amerika Prezidenti Donald Tramp özünün seçkiqabağı mövqeyinə düzəliş etsəydi, bu, ağlabatan olardı. Z.Qabriel fikrini dəqiqləşdirərək qeyd edib ki, Birləşmiş Ştatların iştirakı olmadan Suriya münaqişəsini həll etmək mümkün olmayacaq.

AFR XİN başçısı xəbərdarlıq edib: “Təkcə hərbi əməliyyatlara ümid bəsləmək olmaz. Bu, münaqişənin daha da genişlənməsinə, insanların həlak olmasına gətirib çıxarar. Əslində biz bəzi ölkələri Əsədlə həmrəy olmağa vadar edirik”.

Onun sözlərinə görə, həmin ölkələrin Əsədə sadiqliyinə siyasi danışıqlar yolu ilə son qoymaq lazımdır.

Rusiya, İran, Səudiyyə Ərəbistanın və ABŞ-ın iştirakı olmadan Suriyada vəziyyətin dəyişməyin mümkün olmayacağını vurğulayan Qabriel onu da bildirib ki, avropalı siyasətçilər “bu məsələ üzərində işləyirlər”.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here