Aeroport yolunda dəhşətli qəza – 3 nəfər öldü-Yenilənib

0
313715

11:00

Bakıda baş verən yol qəzasında yanaraq ölən şəxslərin kimliyi məlum olub.

VOİCEPRESS-in əldə etdiyi məlumata görə, Zığ şossesində “KİA” və “VAZ-2107” markalı avtomobillərin toqquşması nəticəsində “VAZ-2107”-də yanaraq ölən şəxslərin avtomobilin sürücüsü – 1973-cü il təvəllüdlü Quliyev Gülağa Məhərrəm oğlu, həmin avtomobildə olan sərnişinlər – 1973-cü il təvəllüdlü Sadıqov Elçin Səbbar oğlu və onun qardaşı, 1968-ci il təvəllüdlü Sadıqov Namiq Səbbar oğlu olduqları müəyyən edilib.

09:53

Bu gün Zığ qəsəbəsindən hava limanı istiqamətində olan yolda dəhşətli qəza baş verib.

VOİCEPRESS xəbər verir ki, qəza təxminən 1 saat əvvəl olub.

“Kia” markalı 90 VT 097 nömrəli avtomobillə 10 AX 002 nömrəli “VAZ” 2107 markalı maşın toqquşub. Qəza nəticəsində “07” alışaraq yanıb.

İlkin məlumata görə, maşının içində 2 nəfər yanaraq ölüb.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here