ADA Universitetində ilk ingilisdilli qəzet çapdan çıxdı

0
314181

“ADA” Universitetinin “The ADA Chronicle” adlanan ingilisdilli qəzetinin ilk nömrəsi nəşr edilib.
Universitetdən VOİCEPRESS-ə bildiriblər ki, aylıq qəzet bu ali məktəbin fəal və beynəlmiləl tələbə mühiti ilə tanınan tələbə icmasının mətbu orqanıdır.

Burada universitetin elm və tədqiqat yenilikləri ilə yanaşı, cari inkişaf prosesləri, tələbə klublarının fəaliyyəti, gənclərin əyləncə, həyat tərzi və digər maraqlı mövzularda məqalələr çap olunur.

“The ADA Chronicle” qəzetinin redaksiya heyətinin üzvləri, “ADA” Universitetinin bakalavriat pilləsində təhsil alan tələbələr – Məryəm Məmmədxanova, MirFuad Seyidzadə və Məhəmmədəli Həzizadə bildiriblər ki, qəzet universitetin iki min nəfərdən çox tələbə icmasının səsinə çevrilərək onlara tədris və tələbə həyatı prosesləri ilə bağlı fikir mübadiləsində iştirak üçün yeni platforma yaradacaq. İlk buraxılışın müsbət əks-sədası “ADA”-nın tələbələri arasında qəzet üçün məqalə yazmaq həvəsini artırıb. Universitetin rəhbərliyi isə “The ADA Chronicle” qəzetində onlara guşə ayrılmasını xahiş edib.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here