ABŞ, Meksika və Kanada birləşib Azərbaycana rəqib oldu

0
314245

DÇ-2026-nı təşkil etmək istəyən daha bir namizəd FİFA-ya müraciət edib.

VOİCEPRESS apasport.az-a istinadən xəbər verir ki, mudialı keçirməyə iddialılar arasına ABŞ, Meksika və Kanada da müraciət edib.

Bildirilib ki, hər üç Şimali Amerika ölkəsi turniri birlikdə təşkil etmək istəyir.

Həmin il təşkil olunacaq dünya çempionatında ilk dəfə 48 komanda iştirak edəcək. 48 oyun qrup mərhələsində, 32 qarşılaşma isə finallarda olmaqla cəmi 80 matçın oynanılacağı yarışa təşkilatçılıq etmək üçün ABŞ dövləti də tam dəstək göstərib.

Rusiyalı həmkarlarımızın iddiasına görə, İngiltərə, Qazaxıstan, Kolumbiya, Türkiyə və Azərbaycan, eyni zamanda Avstraliya və Yeni Zelandiya birlikdə turniri keçirməyə iddialıdır.

FİFA yekun qərarını 2020-ci ilin mayında verəcək.

Qeyd edək ki, sonuncu dəfə Şimali Amerikada dünya çempinatı 1994-cü ildə ABŞ-da təşkil olunub. Kanada heç vaxt mötəbər turnirə ev sahibliyi etməyibsə, Meksika daha əvvəl 1970 və 1986-cı illərdə iki dəfə mundialı təşkil edib.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here