ABŞ-dan Sarkisyana zərbə

0
313985

ABŞ-ın Ermənistandakı səfirliyi aprelin 2-də keçirilən parlament seçkiləri ilə bağlı bəyanat yayıb.

VOİCEPRESS bildirir ki, bəyanatda seçicilərin səslərinin pulla alınması və seçicilərə təzyiqlərin edilməsinə dair faktlar qeyd olunub.

“Bu şübhələri aradan qaldırmaq üçün Ermənistan hökumətini, partiyaları və vətəndaş birliklərini mövcud və ya yeni hüquqi müxanizmlərin istifadəsi ilə birgə işləməyə çağırırıq”, – deyə səfirlyiin yaydığı məlumatda bildirilib.

Birləşmiş Ştatlar beynəlxalq və yerli müşahidəçilərin hesabatlarını, həmçinin pozuntular barədə şikayətləri öyrənməyə və analiz etməyə davam edir: “Seçkilərin nəticələri məlum olduğu vaxtda biz tərəfləri – hökuməti, müxalifəti və vətəndaş birliklərini dinc diskusiyalar və müzakirələrdə iştirak etməyi davam etdirməyə çağırırıq”.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here