Baş nazirin müavini xüsusi reyslə Hayfaya çatdırılıb
Azərbaycanın baş nazirinin müavini Abid Şərifovun səhhətində problem yaranıb. VOİCEPRESS-in “newsru.co.il”ə istinadla verdiyi məlumata görə, ötən həftə Abid Qoca oğlu Şərifov xüsusi təyyarə reysi ilə İsrailə aparılıb.
O, Hayfa şəhərindəki Rambam xəstəxanasında müalicə kursu keçəcək.
A.Şərifov xəstəxanaya ürəyin fəaliyyətinin kəskin pisləşməsi diaqnozu ilə daxil olub. O, xəstəxananın kardiologiya şöbəsinə yerləşdirilib.
VOİCEPRESS.AZ